NATO Cənubi Koreyayanın Ukraynaya yardımını dəstəkləyəcək .
NATO Baş katibi Yens Stoltenberq Cənubi Koreyanı Ukraynaya silahla dəstək verməyə çağırıb. O deyib ki, Ukraynaya silahla yardım göstərilməsi Rusiya-Şimali Koreya hərbi əməkdaşlığına verilən ən düzgün cavab olardı.
İstənilən halda Stoltenberq NATO-nun Cənubi Koreyanın timsalında özünün müttəfiqini gördüyünü və hərbi əlaqələri ildən-ilə genişləndirdiyini xatırladıb. O bir daha qeyd edib ki, Alyans Cənubi Koreyanın Ukraynaya yardım göstərmək qərarını alqışlayacaq.
Stoltenberq : “Özünü müdafiə edən Ukraynaya kömək qanunidir”,- deyib.
Oxuməni.az