EN

Mahir Quliyevin cəzası azaldıldı

Mahir Quliyevin cəzası azaldıldı

Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Bu barədə "Qafqazinfo"ya vəkil Ceyhun Yusifov məlumat verib.

Ali Məhkəmə eks icra başçısının şikayətini qismən təmin edilib. Onun cəzası 11 ildən 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Chosen
73
17
sonxeber.az

2Sources