EN

Stoltenberq İsrail və ərəb ölkələrini NATO-nun sammitinə dəvət edib

NATO Baş katibi Yens Stoltenberq İsrail və ərəb dövlətlərinin xarici işlər nazirlərini Şimali Atlantika Alyansının iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək 75-ci sammitinə dəvət edib.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Söhbət Misir, İordaniya, Qətər, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdən gedir.

Jurnalistlərin fikrincə, ABŞ-ın bu ölkələri NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə dəvət etməsi gərginliyin artmasına səbəb ola bilər. Bu, dövlətlərin Fələstinin Qəzza zolağındakı vəziyyətlə bağlı fikir ayrılıqları ilə bağlıdır.

Nəşrin analitikləri hesab edirlər ki, bu yolla Vaşinqton toplaşma nöqtəsi kimi çıxış etmək və müttəfiq təşkilatların dəyərini göstərmək istəyir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
azpost.info

1Sources