EN

Samira efirlərə niyə ÇIXMIR? – Səbəbini özü AÇIQLADI

“Hər bir insan öz qabında olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdiyeva “7 tamam” verilişində deyib.

Uzun müddətdir ki efirlərdən uzaq düşən müğənni “Niyə bu qədər fasilə vermişdiniz?” sualını cavablandırıb:

“İndi dövr dəyişib, hər şey fərqlidir. 10-15 il əvvəl klip təqdimatları olurdu, biz həvəslə o təqdimatlara qatılmağa necə can atırdıq. Amma indi başa düşürük ki, dövr tamam başqadır. Zamanla hər şey dəyişir, amma çərçivəni aşmamaq lazımdır. Əgər mən hansısa verilişə gedirəmsə və o veriliş, tutalım, mənim formatıma uyğun deyilsə, aparıcı, eləcə də qonaqlarla həmsöhbət ola bilməyəcəyəmsə, getmirəm.

Amma efirə çıxmasaq da, işimizdə-gücümüzdəyik. Yenə də mahnılarımızı yazdırırıq, oxuyuruq”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
4
yenicag.az

5Sources