EN

Laçın və Zabux kəndində məktəblərin yenidənqurulması işləri tam yekunlaşıb

Laçın şəhərində və Zabux kəndində məktəblərini yenidənqurulması işləri tam yekunlaşıb. Bunu Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova deyib 

" Laçın şəhərində 112, Zabux kəndində isə 60 şagird bu il təhsil alıb. Gələcəkdə də Sus kəndinin istifadəyə verilməsi gözlənilir" , - Abduraxmanova iyunun 28-i "Qayıdış Könüllüləri" Proqramı Laçın Könülləri mətbuat konfransında çıxışı zamanı qeyd edib.
 

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb

Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
anews.az

1Sources