EN

Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb – FOTO

İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Çadın gənclər və idman naziri Abakar Cermah Aumini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, F. Qayıbov qonağa gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Çadın Gənclər və İdman Nazirliyinin rəsmisi Medi Kizzi Teyl də iştirak ediblər.

 

DOĞRU.AZ
image-1719554092220567253_1200x630 image-17195540922935148610_1200x630 image-17195540924785521901_1200x630

 

 

Chosen
67
9
dogru.az

10Sources