Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. SİA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.
E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.