EN

Ukrayna Tambovdakı neft anbarını vurdu – Qubernatordan AÇIQLAMA

Bu gün səhər saatlarında Ukraynaya məxsus PUA Tambov vilayətindəki neft anbarına hücum edib.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Maksim Eqorov bildirib.

“Səhər saat 4:35-də Tambov vilayətinin Miçurinski rayonunda PUA-nın neft bazasına hücumu qeydə alınıb. Nəticədə yanğın başlayıb. Hazırda yanğın lokallaşdırılıb, Rusiya Fövqəladə Hallar Nazirliyinin Tambov vilayəti üzrə Baş İdarəsi, neft bazasının yanğınsöndürmə bölməsi və dərhal hadisə yerinə gələn 11 yanğınsöndürmə briqadası tərəfindən zəruri tədbirlər görülüb”, – deyə qubernator bildirib.

Eqorovun sözlərinə görə, itki yoxdur: “Yanğının baş verdiyi əraziyə ən yaxın yaşayış məntəqəsi 3 km məsafədədir. Zərurət yaranarsa, sakinlərin köçürülməsinə başalaya bilərik”.

Orxan HƏSƏNLİ

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
konkret.az

1Sources