EN

İlk debat Bayden üçün fəlakət oldu -“Business Insider“

Cozef Bayden və Donald Tramp prezident seçkiləri ərəfəsində ilin ilk debatını keçirdi. "Business Insider" yazır ki, bu, Bayden üçün hazırkı prezident kimi seçicilərin gözündə mövqeyini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş bir gediş idi. Amma Bayden əksər sorğularda rəqibindən geri qalır.

"Debat Bayden üçün yaxşı keçməyib",- nəşr yazıb. Prezident xüsusən debatın əvvəlində zəif görünüb.

"O, CNN-in moderatoru Ceyk Tapperin iqtisadiyyatla bağlı ilk sualını cavablandırarkən sanki nəfəsi kəsilmişdi. Bayden faktların arasında itib batdı, sözləri dolaşıq deyərək bəzən sözləri unutdu", - deyə qəzet qeyd edib. Müəllif əlavə edib ki, Bayden bəzən mənasız ifadələr də səsləndirirdi.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
news365.az

1Sources