EN

İspaniyalı hakimlər AVRO-2024-dən yola salınıb - SƏBƏB

İspaniyalı hakim Xil Mansano üçün AVRO-2024 vaxtından əvvəl başa çatıb.

İdman.biz xəbər verir ki, bununla bağlı UEFA Hakimlər Assosiasiyası qərar çıxarıb.

Mansano ilə yanaşı, Bado Rodriges, Barbero Sevilya və VAR hakimi Ernandes Ernandes də çempionatda işini yekunlaşdırıb. Buna səbəb referilərin idarəçiliyinin bəyinilməməsi olub.

Qeyd edək ki, Xil Mansanonun rəhbərlik etdiyi hakimlər briqadası Avropa çempionatında yalnız Fransa - Avstriya matçı idarə edib. Görüş Didye Deşamın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
idman.biz

2Sources