Bakı. Trend:
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetməboksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinəyekun vurulub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan millisinin daha 2 idmançısı bumərhələni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
48 kq-da Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb.O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı iləməğlub edib.
Səftər Məmmədzadə (+80 kq) də adını yarımfinala yazdırıb. O,Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cüraundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazəverməyib və üstün olan Məmmədzadə qalib elan olunub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürüncmedalı da təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu günkeçiriləcək.