Yazını böyüt
Yazını kiçilt
Çinin Kunminq şəhərindən olan cütlük Moskvadakı Qırmızı Meydanı görmək üçün öz maşınları ilə 8 min kilometr yol qət ediblər.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, ər və arvadın 71 və 74 yaşı var. Agentlik cütlüyün nə rus, nə də ingilis dilini bildiyini yazıb. İkisinin Kunminqdən Moskvaya hansı marşrutla getdiyi məlum deyil.
Bildirilir ki, ər və arvad maşınla 20 min kilometr yol qət edən başqa 80 yaşlı çinli cütlükdən ilhamlanıblar.