2024-cü ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfərdən çox olub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 451 min nəfərdən çoxunu aylıq sosial müavinət, 396 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.