EN

Azərbaycan klubunun transferi ilə bağlı yayılan iddia doğrudurmu? - FOTOLAR

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni legionerlə gücləndirib.

İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı xorvatiyalı yerli "Slaven Belupo"dan transfer edilib. Dayaq yarımmüdafiəçisi karyerası ərzində "Rieka" (2018-2023), həmçinin icarə əsasında "Zadar" (2018/19), "Arminiya"da (Almaniya) (2022/23) çıxış edib.

Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.

"Sabah"ın 13 nömrəli formanı geyinəcək İvana görə "Slaven Belupo"ya böyük məbləğdə təzminat ödədiyi iddia olunur.

Konkret desək, Xorvatiya mediası belə bir məlumat yayıb. Yerli həmkarlarımızın yazdığına görə, Masazır təmsilçisi qarşı tərəfin hesabına 400 min avro köçürüb.

Son xəbər həqiqət deyil. Kompensasiyanın həcmi kifayət qədər şişirdilib.

"Bayquşlar"ın xərci 200 min avronu keçməyib. Oyunçunun özü də ilk mövsümündə bu qədər məbləğ qazanacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
sportinfo.az

1Sources