EN

Fəxrəddin Qoca istefa verir? – Təkzib etmədi

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verməsi ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Xalq” telekanalı jurnalist İsmayıl Saymaza əsasən məlumat paylaşıb.

İddiaya görə, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və vəzifəsindən azad edilməsini istəyib.

İ.Saymaz da məsələ ilə bağlı F.Qoca ilə əlaqə saxlayıb.

“Həyatdır, hər vəziyyət ola bilər. Önəmli olan hər mövqedə millətə, dövlətə xidmət etməkdir”, - nazir cavab verib.

“Bəs, bu gün prezidentlə görüşmüsünüz” sualına F.Qoca “Həmişə görüşürük” cavabını verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
axar.az

2Sources