EN

Azərbaycan Şuşanın bərpasında xarici tərəfdaşların fəal iştirakına ümid edir - Aydın Kərimov

Şuşa. Trend:

Azərbaycan Şuşa şəhərinin bərpasında xarici tərəfdaşların fəaliştirakına ümid edir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşarayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeniimkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

O, Şuşada şəhər infrastrukturunun dirçəldilməsi, sahibkarlıqfəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində aktivşəkildə işlərin görüldüyünü vurğulayıb.

"Şuşa şəhərinin bərpası üzrə işlər sürətlə davam etdirilir. Butarixi əhəmiyyətə malik şəhərdə vətəndaşlarımız üçün rahat şəraitinyaradılması və sahibkarlığın inkişafı üçün bütün səylərigöstəririk", - deyə A.Kərimov qeyd edib.

O bildirib ki, bərpa işlərinə təkcə binaların və küçələrinyenidən qurulması deyil, həm də yeni iş yerlərinin açılması,investorların cəlb edilməsi və turizm infrastrukturunun inkişafıdaxildir.

Onun sözlərinə görə, hökumət Şuşanın biznes və turizm üçüncəlbedici məkana çevrilməsi istiqamətində fəal iş aparır.

A.Kərimov, həmçinin, şəhərin bərpa prosesində beynəlxalqəməkdaşlığın əhəmiyyətini qeyd edib.

"Xarici tərəfdaşlarla əməkdaşlığa açığıq və onların Şuşaşəhərinin bərpasında və inkişafında fəal iştirakına ümid edirik", -deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
az.trend.az

2Sources