Bakı. Trend:
Bakının Yasamal rayonunda qaz təchizatı müvəqqətidayandırılacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Bakının Yasamal rayonunun 7-ci Sallaqxanaküçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə28.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatıdayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun VasifƏliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrininqaz təchizatında müvəqqəti fasilə yaranacaq.