EN

Havadan içməli su əldə edildi

Yazını böyüt
Yazını kiçilt

Alimlər innovativ üzgəc kimi sistemdən istifadə edərək havadan içməli su çıxara bilən cihaz ixtira ediblər.

Hafta.az-ın yazdığına görə, cihaz Yer atmosferindən trilyon litrlərlə şirin su toplamaqla içməli suya artan qlobal tələbatın ödənilməsinə kömək edə bilər.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan (MIT) bir qrup, su toplamaq üçün onu udan "üzgəclərdən" istifadə edən adsorbsiya əsaslı atmosfer suyunun yığılması (SAWH) adlı yanaşmadan istifadə edərək, ucuz və yığcam sistem hazırlayıb.

"Qlobal əhalinin təxminən üçdə ikisi su qıtlığından əziyyət çəkir və dünyada suya illik tələbatın təxminən 40 faizinin 2030-cu ilə qədər qarşılanmayacağı proqnozlaşdırılır ki, bu da ictimai səhiyyə və kənd təsərrüfatı təcrübələri üçün əlavə problemlər yaradır", - tədqiqatçılar yazıblar.

Atmosferdə təqribən 1300 trilyon litr şirin su var ki, onları mövcud maye su ehtiyatına etibar etmədən asanlıqla toplamaq olar. Absorbsiyaya əsaslanan atmosfer suyunun yığılması, duman yığımı və şeh damcısı kimi ənənəvi atmosfer suyunun yığılması həllərinin tətbiq olunmadığı son dərəcə quraq mühitlərdə içməli su istehsalını vəd edir.

Mövcud SAWH sistemləri ümumiyyətlə günəş enerjisinə əsaslanır, lakin dəyişkən hava şəraiti və aşağı enerji sıxlığı onların insanın gündəlik ehtiyaclarını ödəmək üçün yararsız olduğunu göstərir.

Alimlərin ucuz və yüksək performanslı həll olduğunu iddia etdikləri bu yeni cihaz tələbatı ödəmək üçün tullantı istilikdən istifadə edir.

Sistemin işləyən prototipi əsasında aparılan hesablamalar göstərir ki, üzgəclərdəki 1 litr uducu örtük 30 faiz nisbi rütubətli havada gündə 1,3 litrə qədər içməli su istehsal edə bilir. Bu, əvvəllər hazırlanmış sistemlərdən iki-beş dəfə böyük həcmdir.

Tədqiqat “ACS Energy Letters” elmi jurnalında dərc olunan "Quraq mühitlər üçün kompakt multisiklik yüksək performanslı atmosfer su yığan maşının dizaynı" adlı araşdırmada ətraflı şəkildə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
hafta.az

1Sources