EN

Kiyev bu müharibədə qalib gəlməyəcək – Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Rusiya “bütün Ukraynanı işğal edə bilər”.

O, bunu prezident Co Baydenlə seçkiqabağı debat zamanı deyib. Tramp əmindir ki, Kiyev hərbi münaqişədə qalib gəlməyəcək. Onun sözlərinə görə, Ukrayna artıq çoxlu əsgər və mülki vətəndaşını itirib, həmçinin “min il yaşı olan qızıl günbəzləri olan möhtəşəm şəhərləri” itirib. “O (Co Bayden) bizi Ukrayna və Rusiya ilə münasibətlərdə pis vəziyyətdə qoyub, çünki Ukrayna bu müharibədə qalib gəlməyəcək”, – Amerikanın keçmiş prezidenti deyib.

Qeyd edək ki, Donald Tramp dəfələrlə bildirib ki, hakimiyyətdə qalsaydı, Ukraynadakı münaqişəni 24 saata həll edə bilərdi. Ukrayna prezidenti Vladimir Zelenski buna şübhə ilə yanaşır. “Bloomberg” xəbər verir ki, Tramp bu il seçkilərdə qalib gəlsə, Kiyevi Moskva ilə danışıqlara məcbur edəcək.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
50
editor.az

10Sources