EN

İranın 1-ci vitse-prezidenti səsvermədə iştirak edib

Bakı. Trend:

İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezidentMəhəmməd Moxber bu gün keçirilən növbədənkənar prezidentseçkilərində səs verib.

Trend-in məlumatına görə, Məhəmməd Moxber Tehranda Daxili İşlərNazirliyində yaradılan səsvermə məntəqəsində səsvermədə iştirakedib.

Moxber jurnalistlərə açıqlamasında bildirib ki, hökumətin əsasvəzifəsi seçicilərin səslərinin qorunmasıdır. İran vətəndaşlarınınbu səsvermədə aktiv iştirak eədcəyi gözlənilir.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərikeçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımihesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, MustafaPurməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabətaparır.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
4
az.trend.az

4Sources