EN

Husilər: ''ABŞ və Böyük Britaniya Hudeydəyə 8 hava zərbəsi endirib''

İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın bu həftə Yəmənin qərbindəki Hudeydə əyalətinə 8 hava zərbəsi endirdiyini açıqlayıb.
Husilərin lideri Abdulməlik əl-Husi husilərə tabe olan “Əl-Mesira” telekanalına verdiyi müsahibədə ABŞ və İngiltərənin bu həftə Hudeydəyə hava hücumu təşkil etdiyini bildirib.
Bu hücumların husilərə hərbi potensialını daha da artırmağa imkan verdiyini qeyd edən Husi deyib:n"Həyata keçirdiyimiz hərbi əməliyyatlarımız sayəsində ABŞ-ın zəif mövqeyi üzə çıxdı və dünya qarşısında nüfuzu sarsıldı. ABŞ bəzi Avropa ölkələrini Yəmən məsələsinə cəlb etməyə çalışdı, lakin bu ölkələr olduqca ehtiyatlı idilər''.
Husilərin hərbi məsələlər üzrə sözçüsü  Yəhya Seri verdiyi açıqlamada Fələstin xalqına dəstək və İsrailin törətdiyi qətliamlara cavab olaraq iki hərbi əməliyyat həyata keçirdiklərini bildirib.
Yəhya Seri ilk əməliyyatın İsrailin şimalındakı Hayfa bölgəsindəki kritik əhəmiyyətə malik hədəfə qarşı həyata keçirildiyini qeyd edib. O, əməliyyatın ''İraq İslami Müqaviməti'' hərəkatı ilə birlikdə həyata keçirildiyini və uğurlu olduğunu deyib.
Yəhya Seri ikinci əməliyyat zamanı işğal altındakı Fələstin limanlarına giriş qadağasını (husilərin elan etdiyi qadağa) pozan "SEAJOY" adlı gəminin hədəf alındığını söyləyib.
Sözçü Yəhya Seri  pilotsuz uçuş aparatları (PUA) və raketlərlə həyata keçirilən hücumda gəminin zərər gördüyünü deyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
1
trt.net.tr

2Sources