EN

Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən futbolçudur

Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən futbolçu olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.

Almaniyalı futbolçu həmçinin AVRO-2016-dakı rekordunu (323) yeniləyib.

Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.

İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.

Chosen
92
7
bakivaxti.az

8Sources