EN

“AzərEnerji” kiçik su elektrik stansiyaları ilə bağlı 51 milyonluq layihəyə başlayır

Azərbaycanda üç kiçik su elektrik stansiyaları (KSES) yenidən qurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, “AzərEnerji” ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, "Qozlu Körpü", "Şeylanlı", "Aşağı Malıbəyli" KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası nəzərdə tutulub.

“AzərEnerji” qeyd olunan işlərin 51 milyon manata başa gələcəyini ehtimal edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources