EN

“Putinin Ukrayna ilə bağlı təklifi qəbuledilməzdir” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün səsləndirdiyi şərtləri qəbuledilməz hesab etdiyini bildirib.

Azpost.info bildirir ki, o bu barədə Baydenlə debatda bildirib.

“Xeyr, onlar məqbul deyil” deyə bu barədə suala cavabında vurğulayıb. Eyni zamanda, o bildirib ki, Rusiya rəhbərliyi Amerika prezidentinə hörmət etsəydi, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi.

“Mən yanvarın 20-də (2025-ci il – red.) Ağ Evin rəhbəri vəzifəsinə rəsmən başlamazdan əvvəl Putin və Zelenski arasındakı bu münaqişənin həllini təmin edəcəm. İnsanlar öldürülür və bu, çox mənasızcasına baş verir. Mən bu məsələni həll edəcəyəm – hətta Ağ Evə girməmişdən əvvəl də həll edəcəm”, – respublikaçı siyasətçi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
azpost.info

1Sources