EN

“Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti - KƏSKİN AŞAĞI DÜŞÜB - HESABAT

“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, şirkət ötən il 1 milyon 763 min manata yaxın əməliyyat gəliri əldə edib, maya xərci 1 milyon 563 manata yaxın olub. Bununla da, şirkətin ümumi mənfəəti 200 min manata bərabər olub.

İllik müqayisə ilə gəlirlər 43 min manat (2,4%) azalıb, maya xərci 81 min manat (5,5%) artıb, ümumi mənfəət isə 124 min manat (38,3%) azalıb.

Ümumi və administrativ xərclər 10,7 min manat (17,9%) azalaraq 49,1 min manata düşüb. 

Əməliyyat mənfəəti 144,6 min manat (2,2 dəfə) azalaraq 119,7 min manat təşkil edib.

23,9 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət 2023-cü ili 95,8 min manat xalis mənfəətlə başa vurub.

Mənfəət vergisi ödənişi 29 min manat (2,2 dəfə), xalis mənfəət 115,7 min manat (2,2 dəfə) aşağı düşüb.

“Bakı Neft-Mədən Avadanlıqları” ASC ötən il 1 milyon 815 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 186 min manat (11,4%) artıb.

Öhdəliklər 302,3 min manat (3,1 dəfə) artaraq 447,8 min manata bərabər olub.

Balans kapitalı 1 milyon 367 min manata bərabər olub ki, bu da illik müqayisədə 116 min manat (7,8%) azdır.

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
fed.az

1Sources