Amerika kubokunda qrup mərhələsi davam edir.

Offsideplus.az xəbər verir ki, C qrupunda II turun matçları keçirilib.

Uruqvay millisi Boliviyanı 5 qolla darmadağın edib. Panama isə sensasiyaya imza atıb. Mərkəzi amerikalılar yarışın ev sahibi ABŞ-a qalib gəlib.

“Turan Tovuz”un futbolçusu Roderik Miller bu görüşdə də 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, qrupda sonuncu turun oyunları iyulun 2-də keçiriləcək.

Amerika kuboku
Qrup mərhələsi
II tur, C qrupu
28 iyun
Panama – ABŞ – 2:1

Sezar Blekmen, 26, Xose Fajardo, 83 - Folarin Baloqun, 22