EN

Ali Məhkəmə nazirliyin əməkdaşları ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətlərinin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edib.
 

Kassasiya şikayətləri məhkumların müraciətlərinə əsasən geri qaytarılıb.

 

Qeyd: Təqsirləndirilən şəxslər 2020-ci ilin martında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyatla saxlanılıblar.

 

Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

 

Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri azadlığa buraxılıb. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi isə təmin etməyib. Ali Məhkəmə isə həmin qərarı ləğv edib və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin barəsində bir neçə il azadlıqdan məhrumetmə cəzası çıxarıb.

 

Tarix: 28 İyun 2024, 09:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
pravda.az

1Sources