EN

Kürdəmirdə ağır qəza: Yaralılar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 201-ci kilometrliyində rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yüklə dolu "Ford" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən önündə hərəkətdə olan "KamAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda fakt araşdırılır.
Chosen
132
50
oxu.az

10Sources