EN

Millinin baş məşqçisi ilə bağlı qərar verilib

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu federasiya prezidenti Marian Kustiç açıqlayıb.

O bildirib ki, AVRO-2024-dəki uğursuzluq baş məşqçinin postunda qalmasına mane olmayacaq: “Daliç bizim məşqçidir və Xorvatiya yığmasının “sükanı arxası”nda qalacaq. Biz söhbət etdik, bir-birimizin əlini sıxdıq. Daliçin postunda qalacağını əminliklə deyirəm”.

Qeyd edək ki, Xorvatiya qələbəsiz başa vurduğu AVRO-2024-də qrupdan çıxa bilməyib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
idman.biz

1Sources