EN

Qonşu qadını döyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xəyal Fərəcovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 28 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Xəyal Fərəcovun yaşadığı ünvanda yerləşən mənzilinə qonşu mənzildən çirkab suların axıdılıb. O, bu səbəbindən qonşusu, zərərçəkmiş Maya Kərimovanın (şərti) yaşadığı mənzilin qapısını döyüb. Qapını qadınım oğlu açıb. Xəyal içəri daxil olan zaman onun yaxasından tutaraq mənzilinə çirkab suların axıdılmasına iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Xəyal onu sakitləşdirmək üçün araya girən Mayanı azyaşlı nəvəsinin gözü qarşısında əl zərbələri ilə sifət nahiyəsinə vurub.

 

Hadisədən sonra Xəyal Fərəcov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Tarix: 28 İyun 2024, 09:03   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
pravda.az

1Sources