EN

Bu ölkələr Rusiya və Belarusdan qorunmaq üçün hərəkətə keçdilər

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqından (Aİ) Rusiya və Belarusla sərhəddə 700 kilometrlik müdafiə xətti çəkməyi istəyiblər.

Teleqraf.com PAP agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı üzvləri Polşa, Litva, Latviya və Estoniya liderləri sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə xətti ilə bağlı İttifaq Komissiyasının sədri Ursula fon der Leyen və Şura sədri Şarl Mişele məktub göndəriblər.

Litva Prezidenti Gitanas Nauseda, Polşa Baş naziri Donald Tusk, Estoniya Baş naziri Kaja Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda müvafiq ölkələrin Rusiya və Belarusiya ilə bölüşdüyü sərhəd boyunca 700 kilometrlik müdafiə xəttinin çəkilməsi tələbi irəli sürülüb.
Avropa İttifaqı rəsmiləri sözügedən layihənin təxminən 2,67 milyard dollara başa gələ biləcəyini qiymətləndirir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
2
teleqraf.com

3Sources