EN

Süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq

Süni intellekt insan həyatına rahatlıq gətirməklə yanaşı, bir çox sahədə risklər də yaradır. Gələcəkdə bu riskləri minimuma endirmək, həqiqi ilə saxtanı ayırd etmək xeyli çətinləşəcək. Ekspertlər bildirirlər ki, bu vəziyyət ölkələrin siyasi gələcəyini təhdid edə və hökumətlərin formalaşmasında rol oynaya bilər.

Süni intellekt seçicilərin siyasi seçimlərinə təsir göstərə və ölkənin taleyinin həllində rol oynaya bilərmi?

İngiltərədəki Alan Turinq İnstitutunun tədqiqatçıları süni intellektin siyasətə mümkün təsirini müzakirə ediblər.

Araşdırmaya görə, süni intellekt və onunla birlikdə gələn saxta görüntülər yaradan «Deepfake» texnologiyası seçki nəticələrinə təsir edə bilər.

Lakin bu təsir hələ də məhdud səviyyədədir.

Araşdırmaya görə, 2023-cü ildən bəri keçirilən 112 seçkidən yalnız 19-na süni intellekt müdaxiləsi olduğu üzə çıxıb.

Hindistanda keçirilən ümumi seçkilər zamanı ölkənin məşhur aktyorlarının baş nazir Narendra Modini tənqid etdiyi dərin saxta videolar ölkədə yayılıb.

Qeyd edilir ki, belə halların baş verməməsi üçün süni intellektlə hazırlanan məzmundan həqiqi məzmunu ayırd edən mexanizmlər olmalıdır. Lakin hazırda belə bir mexanizm yoxdur.

Süni intellektin tənzimlənməsi ilə bağlı ən mühüm addımlardan biri keçən il Avropa İttifaqı tərəfindən atılıb. Birlik dünyanın ilk süni intellekt qanununu təsdiqləyib.

Gələn ildən qüvvəyə minməsi gözlənilən qanuna əsasən, süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq risk əsaslı yanaşma ilə tənzimlənəcək.

Yüksək riskli süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq. Süni intellekti sadə proqram sistemlərindən ayırmaq üçün aydın meyarlar müəyyən ediləcək.

Süni intellektin heç bir halda üzv dövlətlərin milli təhlükəsizlik və ya bu sahəyə həvalə edilmiş hər hansı təşkilatın səlahiyyətlərinə təsir etməməsi təmin ediləcək…

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
oxumeni.az

1Sources