EN

Tramp: “Putin Ukraynanı ələ keçirəcək”

Tramp:

“Putin Ukraynanı ələ keçirəcək. Mən prezident olsaydım, Rusiya heç vaxt hücuma keçməzdi”.

Reyting.az
xəbər verir ki, bunuCo Baydenlə debat zamanı Donald Tramp deyib.

“Amerikanın Putinin hörmət etdiyi əsl prezidenti olsaydı, o, heç vaxt Ukraynanı işğal etməzdi. Çox insan öldü, onların düşündüyündən qat-qat artıq. Siz bu rəqəmləri ikiqat, bəlkə də üç dəfə artıra bilərsiniz. Bayden müharibəni dayandırmaq üçün heç nə etmədi”, - Tramp əlavə edib.

Sabiq prezident bildirib ki, Ukraynada insanlar tükənir: “Ukrayna bu müharibədə qalib gəlməyəcək. İnsanları, əsgərləri tükənir. O qədər insan itiriblər. Min illik qızıl günbəzləri olan bu böyük şəhərləri itiriblər. Hamısı da Baydenə və onun verdiyi axmaq qərarlara görə. Mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi”.

Trampın sözlərinə görə, Baydenin 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan çıxarması Rusiyanı “işğala təşviq edib”.

“Dəhşətli biabırçılıq, ölkəmizin tarixindəki ən utancverici məqam idi. Putin bunu görəndə dedi ki, mən girəcəyəm. Bu, onun arzusu idi. Mən onunla danışdım. O, heç vaxt Ukraynaya başqa ABŞ prezidentinin dövründə təcavüz etməzdi”, - Tramp elan edib.

O, həmçinin qeyd edib ki, Putin prezidentliyi dövründə torpaq almayıb: “Rusiya Obamanın dövründə, Baydenin dövründə çoxlu torpaqlar aldı. Amma mənim dövrümdə - yox. Ukraynada müharibə başlamamalı idi, indi o, Ukraynanı ələ keçirəcək”.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
reyting.az

1Sources