EN

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Müdafiə

Ankara, 28 iyun, AZƏRTAC

Türkiyə ordusu dünyada baş verən hadisələrin istənilən inkişafına hazırdır. Eyni zamanda, biz əminik ki, heç kim, xüsusən də Ankara III Dünya müharibəsinin başlamasının mənfi ssenarisinin tərəfdarı deyil.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri əvvəllər III Dünya müharibəsinin başlanması riskini istisna etməyən xarici işlər naziri Hakan Fidanın açıqlamalarını şərh edərkən bildiriblər.

“Birinci və İkinci Dünya müharibələri dövründə olduğu kimi, qlobal qarşıdurma riski mövcuddur. Bu gün Türkiyə Müdafiə Nazirliyi müdafiə və təhlükəsizlik sahəsində vəziyyəti operativ şəkildə təhlil edir, fəaliyyət planlarını vaxtaşırı yeniləyir. Türkiyə çağırışlara ən yaxşı hazır olan dövlətlər sırasındadır”, - deyə departamentdə qeyd edilib.

Müdafiə Nazirliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrini müxtəlif bölgələrdə davamlı əməliyyatlar aparan güclü logistik bazaya malik “çox dinamik ordu” adlandırıblar.

“Türkiyə hərbçiləri dünyanın müxtəlif ölkələrində sülhün dəstəklənməsi işinə də mühüm töhfə verir. Biz hadisələrin istənilən ssenarilərinə hazırıq”, - deyə nazirlikdə vurğulayıblar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
azertag.az

3Sources