EN

İtaliya millisinin müdafiəçisi “Real”ın hədəfində

style='margin-bottom:10px;'>

“Real” İtaliya millisinin və “Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori ilə maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. 

Bildirilir ki, 22 yaşlı müdafiəçi uğrunda “Kral klubu” “Yuventus”la rəqabət aparmalıdır. Çünki Turin klubunun yeni baş məşqçisi Tiaqo Motta “Bolonya”da birgə çalışdığı Kalafiorini yeni iş yerində də sərəncamında görmək istəyir. 

“Bolonya” mərkəz müdafiəçisini 40 milyon avrodan aşağı qiymətə satmayacağını bildirib. 

Qeyd edək ki, A seriyasının son mövsümündə Rikkardo Kalafiori 30 matçda 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
teleqraf.com

1Sources