EN

Kliçko Kiyevdə partlayış və yanğın olduğunu bildirib...

Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtının mərkəzində fövqəladə vəziyyət elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kliçko Telegram-da enerji obyektində partlayış baş verdiyini və bunun nəticəsindəyanğın olduğunu bildirib.

Kiyev meri fövqəladə vəziyyətin Şevçenkovski rayonunda baş verdiyinə aydınlıq gətirib.

Bütün xidmətlər hadisə yerinə gedib. Kiyev hakimiyyəti bununla bağlı hələlik başqa təfərrüatları açıqlamayıb. Xatırladaq ki, Ukrayna mətbuatıiyunun 22-də Kiyev istilik elektrik stansiyalarından birində partlayış baş verməsi barədə məlumat yaymışdı. \Lakin o zaman şəhər rəhbərliyi Kiyevdəki bütün istilik elektrik stansiyalarının normal işlədiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
sia.az

1Sources