EN

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropaçempionatında ilk günü iki medalla başa vurublar.

Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin9 cüdoçusu tatamiyə çıxıb.

Təmsilçilərimizdən Bahadır Feyzullayev qızıl medal qazanıb. Daha1 cüdoçumuz bürünc qazanıb.

Oğlanlar
50 kq

Bahadır Feyzullayev ilk görüşdə Maykl Eydana (İsrail), ardıncaFurkan Gülə (Türkiyə) qalib gəlib.

Məmmədəli Hüsiyev Nelu Malik (Moldova) və Tomas Gedoni (İtaliya)üzərində qələbələri sıralayıb.

Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Qələbə qazananFeyzullayev qızıl medal uğrunda Rostislav Kostrıkinlə üz-üzə gəlib.Qalib gələn cüdoçumuz Avropa çempionu olub. Hüsiyev isə bürüncuğrunda görüşdə erməni Şavarş Nahapetyana qalib gəlib.

55 kq
Nihad Məmişov ilk görüşdə Aleks Miloşeviçə (Serbiya) uduzub.

60 kq
Nihad Rəhimov öncə Kyartan Qrey (İslandiya), ardınca TomasPalilloya (İtaliya) qalib gəlsə də, 1/4 finalda Yakub Kurovskiyə(Polşa) uduzub. O, yoluna təsəlliverici mərhələdə Emil Rəcəbxanov(AİN) üzərində qələbə qazanan cüdoçumuz bürünc uğrunda qarşılaşmadaŞalev Koenlə (İsrail) görüşüb. Nihad uduzaraq, yarışı medalsız başavurub.

Qızlar
40 kq

Xədicə Abdullayeva ilk qarşılaşmasında Ema Vasilyevaya(Bolqarıstan) məğlub olub.

44 kq
Leyla Ələkbərova Stella Papai (Macarıstan) və Yuvay Qabaya(Macarıstan) qalib gələrək 1/4 finala adlayıb. İdmançımız bumərhələdə Natalya Proliç (Serbiya), təsəlliverici raundda KalinaQriqorova (Bolqarıstan) səddini keçə bilməyib.
Nərmin Məmmədli Xantia Stilianu (Kipr) üzərində qələbədən sonraYeva Evinqə (Böyük Britaniya) məğlub olub.

48 kq
Diana Eldarova Noa Hadar (İsrail) və Xrisrina Xristoforu (Kipr)mübarizədən kənarlaşdırıb. O, Şarlotta Nittesneymə (Almaniya)uduzub. Diana bürünc uğrunda görüşdə Sofiya Zaxarovaya (AİN)uduzub.

Nuranə Hacızadə isə Petra Culyaka (Bosniya və Herseqovina) qalibgəlsə də, 1/8 finalda Elif Kılıcla (Türkiyə) bacarmayıb.

Chosen
105
8
az.trend.az

9Sources