EN

BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq - Quterreş

BMT- də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq.

Hurriyyet.Az xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Veto mexanizmi heç bir halda aradan qalxmayacaq, ancaq Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var”, - o bildirib.

A.Quterreş qeyd edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır: "Hesab edirəm ki, Şuranın iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir".

Chosen
84
12
hurriyyet.az

10Sources