EN

AVRO-2024: İspaniya millisinin müdafiəçisi qrup mərhələsinin ən yaxşısı olub

İspaniya millisi və “Çelsi”nin müdafiəçisi Mark Kukurelya fərdi mübarizələrdə qrup mərhələsinin ən yaxşı müdafiəçisi olub. Matc.az xəbər verir ki, Kukurelya AVRO-2024-də 22 fərdi mübarizədən 17-də qalib gəlib ki, bu da belə duellərin 77%-ni təşkil edir. Bu göstərici qrup mərhələsində bütün müdafiəçilər arasında ən yüksək göstəricidir (minimum 20 duel). Xatırladaq ki, İspaniya millisi bütün komandalar arasında qrup mərhələsində keçirdiyi 3 oyunun hamısında qalib gələn yeganə komanda olub. 1/8 finalda “qırmızı furiya” Gürcüstan millisi ilə qarşılaşacaq. Qarşılaşma bazar günü, iyunun 30-da baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
matc.az

1Sources