EN

Husilər İsraildə əhəmiyyətli hədəflərə və Qırmızı dənizdə "Seajoy" gəmisinə HÜCUM ETDİLƏR

Yəmənin husi üsyançıları Qırmızı dənizdə "Seajoy" gəmisinə hücum ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

Malta bayraqlı yük daşıyan gəmiyə hücum pilotsuz təyyarələr, raketlər və pilotsuz qayıqdan istifadə edilməklə həyata keçirilib.

Qrup nümayəndəsinin sözlərinə görə, gəmi “birbaşa və dəqiq” vurulub.
Bundan əlavə, qrup İraq İslam Müqavimətinin dəstəyi ilə İsrailin Hayfa limanında “yüksək dəyərli hədəfə” hücum edib. Zərbələr qanadlı raketlərlə endirilib.

İyunun 27-nə keçən gecə qruplaşma Ərəb dənizində İsrail gəmisinə qarşı hipersəs raketindən istifadə etdiyini açıqlayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
bizim.media

1Sources