EN

Yaşayış binasındakı yanğında tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına altı nəfər (kişi cinsli) yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan üç nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Chosen
41
5
bakupost.az

10Sources