ABŞ prezidenti Co Bayden "Wikileaks"in qurucusu Culian Assanjı əfv etməyi planlaşdırmır.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Qeyd edək ki, Assanj Böyük Britaniyadakı Belmarş həbsxanasından azadlığa buraxılıb Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib.
Assanj iyunun 26-da Avstraliyaya gedib. Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistin azad edilməsində göstərdikləri köməyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib.