Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
KONKRET.az report.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında baş verib.
Hadisə nəticəsində piyada, Şərur rayonu Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Xəyal Əsgər oğlu Məmmədov ölüb.
Faktla bağlı araşdırma aparılır.