EN

Dağıstanda törədilən terror aktlarının qurbanlarından altısının vəziyyəti ağırdır

Mahaçqala və Dərbənddə törədilən terror aktlarının qurbanlarından altısının vəziyyəti ağırdır, Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.

“Mahaçqala və Dərbənddə 19 qurbanın xəstəxanalarda müalicəsi davam edir, onlardan 6-nın vəziyyəti ağırdır”, – deyə TASS-dan sitat gətirir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin  Dağıstanda silahlılara müqavimət göstərən 20 polis əməkdaşını “ Şücaət” ordeni ilə təltif edib.

Putin həmçinin   Dağıstanda vəfat etmiş protokoş Nikolay Kotelnikovu “İgidliyə görə” ordeni və mühafizəçi Mixail Vavilini “İgidliyə görə” medalı ilə təltif edib.

Son məlumatlara görə, Dağıstanda terror aktları qurbanlarının sayı  hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də daxil olmaqla 21 nəfərə çatıb.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
dogru.az

1Sources