EN

NATO-da Ukrayna ilə bağlı PLAN HAZIRLANIR

NATO ölkələri Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq Ukraynaya yardımın koordinasiyasına yönəlmiş yeni təşəbbüs üzərində işləyirlər

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Culian Smit bildirib.

“Biz NATO-da yeni təşəbbüs üzərində işləyirik ki, bu, alyansa Ukraynaya gələcək yardımı koordinasiya etməyə, eləcə də bir çox ölkənin son aylar ərzində fərdi şəkildə həyata keçirdiyi təlim prosesini koordinasiya etməyə imkan verəcək” - o qeyd edib.

Lakin o, konkret olaraq yeni struktur yaratmaqdan danışıldığını təsdiqləməyib. Diplomat qeyd edib ki, bu təşəbbüs NATO-nun Vaşinqtonda iyulun əvvəlində keçirilməsi planlaşdırılan sammitində baxılmaq üçün təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
publika.az

1Sources