EN

AB-yə üzv olmaq strateji hədəfimizdir - Ərdoğan

Avropa Birliyinə (AB) tamhüquqlu üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır.   Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.

"Mütəmadi olaraq vurğuladığımız kimi, Avropa Birliyinə tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. AB-nin də Türkiyəyə eyni mövqedən yanaşması ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra daha da artacaq. Mən Karisə də bu gözləntilərimi söylədim", - Ərdoğan deyib.

Chosen
17
50
manset.az

10Sources