Bazarların gözlədiyi ABŞ artım məlumatları açıqlanıb.
News24.az xəbər verir ki, ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına görə, ilin ilk üç ayında ümumi daxili məhsul 1,4 faiz artıb.
Əvvəlki hesablamalar ABŞ-ın 1,3 faiz artacağı olub.
Bu dövrdə mənzil investisiyaları yüzdə 16 ilə gözləniləndən çox artıb.
İstehlak xərcləri həm malların, həm də xidmətlərin istehlakı səbəbindən gözləniləndən daha çox yavaşlayıb.
Günel Məlikzadə