EN

IKEA Ukraynaya qayıdır

İsveç pərakəndə IKEA şirkəti Ukraynaya qayıdır və hazırda texniki hazırlıq işləri aparılır.

Valyuta.az xəbər verir ki, bu barədə AP-yə bazarın iki mənbəsi məlumat verib.

"Hazırda texniki hazırlıq işləri gedir", - həmsöhbətlərdən biri deyib.

2020-ci ildə IKEA onlayn satışa başlamağa müvəffəq olub və 2021-ci ildə Kiyevdəki Blockbuster Mall ticarət mərkəzində ikinci mərtəbədə ilk fiziki mağaza açıb.

İsveç pərakəndə satış şirkəti IKEA Ukraynaya nə vaxt qayıdacağına qərar verməyib və mövcud vəziyyətin potensial əməliyyat fəaliyyətlərinə təsirini öyrənir.

2023-cü ilin oktyabrında Xarici İşlər Nazirliyinin IKEA, H&M və Zara və digər brendləri Ukraynaya qaytarmaq üçün çalışdığı bildirilib.

Aprelin 3-də İspaniyanın “Inditex” moda qrupu Ukraynada öz brendlərinin ilk 20 mağazasının fəaliyyətini bərpa edib.

Inditex-in (Zara, Bershka, Pull&Bear brendlərinin sahibi) geri qayıtması Kiyev ticarət mərkəzlərində ziyarətçilərin sayını 20%, bəzi hallarda isə daha çox artırıb.

Nicat
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
valyuta.az

1Sources