“BMT-də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O əlavə edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır:
“Şuranın iş metodlarının inkişafyönümlü aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir”.