EN

Bakıda partlayış: Yanğın başladı

Bakıda yaşayış binasının həyətində generator partlayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, C.Hacıbəyli küçəsində 18 mərtəbəli yaşayış binasının həyətində generatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Klinikalar


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
4
yenisabah.az

10Sources